Bakı Dövlət Universitetində (BDU) 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. İyunun 13-də bakalavriatura səviyyəsində 242 qrup üzrə 5 min 344 tələbə, magistratura səviyyəsində 87 ixtisaslaşmada 252 tələbə imtahan verib.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.
Tehsil-press.az