Azərbaycan Turizm və Menecment Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Azərbaycan Turizm və Menecment Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada davam edir.
İmtahanla bağlı əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib. İmtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.
Bakalavriatura səviyyəsində 46 qrup üzrə 1043-ə yaxın tələbə, magistratura səviyyəsində isə on ixtisaslaşma üzrə 119 nəfər imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyənlər üçün həmin fənlərdən imtahan vermək üçün iyunun 30-dan iyulun 1-dək şərait yaradılacaq. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edəcək.
Xatırladaq ki, imtahan sessiyası təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2022-ci il 19 may tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası iyunun 24-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər