Pedaqoji Universitetdə tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Pedaqoji Universitetdə tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qış imtahan sessiyasının imtahanları qrafik üzrə davam edir. Hazırda ölkə ərazisində və paytaxt Bakıda müşahidə olunan qarlı hava şəraitinə baxmayaraq, imtahanların təşkilində hər hansı problem yoxdur.
Universitetin rəhbərliyinin qərarına əsasən, kəskin hava şəraiti ilə bağlı yarana biləcək problemləri nəzərə alaraq, imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr üzrlü hesab olunacaq. Onlara əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatılma imkanı yaradılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər