BDU-da 85 tələbə imtahana gəlməyib

BDU-da 85 tələbə imtahana gəlməyib Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Bu gün imtahanda iştirak etməli olan 4.827 tələbədən 4.742-si imtahanda iştirak edir, 85-i isə hava şəraiti və digər səbəblərə görə imtahana gəlməyib.
BDU-da imtahanlarda iştirak edə bilməyən tələbələr üçün mövcud qanunvericiliyə uyğun olaraq şərait yaradılacaq.
Qış imtahan sessiyasında imtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) keçirilir. Bakalavriatura səviyyəsində ümumilikdə 20 mindən çox, magistratura səviyyəsində isə 1975 tələbə imtahan verəcək.

Tehsil-press.az

Oxşar xəbərlər