“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
İmtahanlarda “Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” fakültələrində ilk dəfə və təkrar ali təhsil alan tələbələr iştirak edirlər. Bu sessiyada ötən illərdən akademik borcu qalan tələbələr də var.
İmtahan sessiyasının təşkili ADDA-nın Elmi Şurasının müvafiq qərarına əsaslanır.
Sessiyanın birinci mərhələsinin 19 maydan 9 iyunadək keçiriləcək imtahanlarında “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi” (“Elektrik və elektronika mühəndisliyi”) ixtisasında oxuyan bakalavrlar iştirak edəcəklər.
Bakalavriat səviyyəsinin “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası və magistratura səviyyəsinin bütün ixtisasları üzrə təhsil alanlar isə 2 iyundan - 20 iyunadək imtahan olunacaq.
İkinci mərhələdə isə indiki yaz semestrinin imtahan sessiyasında üzrlü səbəbdən iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan, əlavə kəsir qruplarına daxil olan və əvvəlki tədris illərinin müvafiq semestrindən akademik borcu olub fənni təkrar dinləmədən yenidən imtahana buraxılan (25% ödənişlə) tələbələr üçün akademik borcların ləğv edilməsinə şərait yaradılacaq.
“Tətbiqi mexanika” və “Humanitar fənlər” kafedralarında tədris olunan fənlər üzrə imtahanlar test üsulu ilə, digər kafedralarda tədris olunan fənlərdən isə yazılı formada keçiriləcək.
Bakalavr pilləsi üzrə tədris olunan “Fizika” və “Kimya” fənlərindən “Elektron Akademiya” platforması üzərindən qarışıq test (test (qapalı) + həlli tələb olunan test) formasında aparılacaq. Qapalı test suallarının (35 sual) hər biri 1 balla, həlli tələb olunan sualların (3 məsələ) hər biri 5 baladək qiymətləndiriləcək.
İmtahan sessiyasının bütün mərhələlərinin 24 iyunda başa çatması nəzərdə tutulur.
Tehsil-press.az