Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına onlayn rejimdə start verilib.
Universitetin rektoru, professor Ceyran Mahmudova və prorektorlar fakültələr üzrə imtahanların gedişini izləyiblər. Rektor qeyd edib ki, dünyanı bürüyən pandemiya ilə əlaqədar olaraq dərslər müxtəlif platformalar vasitəsilə onlayn rejimdə keçirilib. Bu səbəbdən tələbələrə müəyyən güzəştlər edilib, prerekvizit (davamedici) fənn, qabiliyyət ixtisaslarında baza fənləri və bütün təcrübələr üzrə imtahanlar təxirə salınıb. Digər fənlər üzrə yaz semestrinin imtahan sessiyasının onlayn təşkil edilməsinə qərar verilib.
İmtahanların elektron idarə edilməsi şöbəsinin məlumatına görə, sessiya ərzində 5 fakültə üzrə ümumilikdə 468 imtahanın keçirilməsi nəzərdə tutulur. İmtahanlar iyulun 11-dək “Microsoft Teams” və “Zoom meeting” platformaları vasitəsilə onlayn təşkil olunacaq.
İmtahan sessiyasının birinci günündə 16 imtahan keçirilib. İmtahanlarda 205 tələbə iştirak edib və hamısı müvəffəq qiymət alıb. İmtahan sessiyasında hər hansı səbəbdən iştirak etməyən və ya müvəffəq qiymət almayan tələbələrə avqust-sentyabr aylarında ödənişsiz icmal mühazirələr təşkil ediləcək və onların imtahanlarda iştirakı üçün şərait yaradılacaq.
Tehsil-press.az