Oman Sultanı 121 məhbusu əfv etdi

Oman Sultanı 121 məhbusu əfv etdi Oman Sultanı Heysəm bin Tariq 121 məhbusu əfv etdiyini açıqlayıb.
Heysəm bin Tariq taxta çıxmasının üçüncü ildönümündə 121 məhkuma amnistiya elan edib.
Oman Sultanı 2020-ci il yanvarın 11-də Sultan Kabus bin Səidin ölümündən sonra vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Oman Sultanı Kabus bin Səid uzun sürən xəstəlikdən sonra 2020-ci il yanvarın 10-da 79 yaşında dünyasını dəyişmişdi. Onun övladları olmadığı üçün əmisi oğlu, ölkənin mədəniyyət naziri Heysəm bin Tariq taxta çıxmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər