Türkiyə, Ukrayna və Rusiya Ombudsmanları görüşəcəklər

Türkiyə, Ukrayna və Rusiya Ombudsmanları görüşəcəklər Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets bildirib ki, onun rusiyalı həmkarı Tatyana Moskalkova ilə görüşü Ankarada Türkiyənin Baş Ombudsmanı Şeref Malkoçun iştirakı ilə üçtərəfli formatda keçiriləcək.
O, bu barədə çərşənbə axşamı Ankarada Malkoçla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyə Ombudsmanı bu görüşün geniş tərkibdə keçirilməsi təşəbbüsü ilə çıxış edib. Onun təfərrüatlarını indi açıqlamaq istəmirəm, bir neçə gündən sonra hər şeyi özünüz görəcəksiniz”, - deyə Lubinets bildirib.
Öz növbəsində Moskalkova bazar ertəsi bildirib ki, Lubinets ilə yanvarın 12-14-də Türkiyədə mümkün görüşünü müzakirə edib. Onun sözlərinə görə, görüşdə cinayət məsuliyyətinə cəlb edilmiş mülki şəxslərin qarşılıqlı qaytarılması məsələsinin müzakirəsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər