Azərbaycanda vəzifəli şəxsi öldürənlərin görüntüləri kameraya düşüb - VİDEO

Azərbaycanda vəzifəli şəxsi öldürənlərin görüntüləri kameraya düşüb - VİDEO Yevlaxda 65 yaşlı həkim 20-yə yaxın bıcaq zərbəsi ilə qətlə yetirlib.
Hadisə Yevlaxın Əhmədağa Baxşıyev küçəsində qeydə alınıb.
İlkin məlumatlara əsasən, Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov yaşadığı evdə bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
İddia edilir ki, dünən saat 21:45 radələrində Bəyaz Cabbarovun evinə gələn şəxslərin görüntüləri qonşu mənzilin müşahidə kamerasına düşüb.
Kamera görüntülərindən 3 nəfərin xəstə adı ilə həkimin evinə gəldiyi, qapının açılmasından sonra onlardan birinin çöldə qalaraq elektrik sayğacından işığı kəsdiyi görünür.
Evə daxil olan şəxslərin isə həmin vaxt Bəyaz Cabbarova hücum edərək ona 20-yə yaxın bıçaq xəsarəti yetirdikləri iddia edilir. Qonşuların dediyinə görə, hadisə zamanı mərhum həkimin gəlini də evdə olub.
Ağır xəsarət alan həkim xəstəxanaya aparılsa da, yolda keçinib.
Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışları davam edir.
Qətlə yetirilən Bəyaz Cabbarov 2017-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.



Tehsil-press.az



Oxşar xəbərlər