Magistratura səviyyəsi üzrə ikili diplom proqramına sənəd qəbulu davam edir

Magistratura səviyyəsi üzrə ikili diplom proqramına sənəd qəbulu davam edir ABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.
Sənədləri aprelin 20-dək təqdim etmək olar. Müsabiqədə bakalavriat səviyyəsinin təhsil, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, təbiət ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.
Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.
İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə Təhsil Nazirliyinin rəsmi saytında yer almış elan vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər