İtaliyada saxlanılan mafiya lideri xüsusi rejimli həbsxanaya yerləşdirilib

İtaliyada saxlanılan mafiya lideri xüsusi rejimli həbsxanaya yerləşdirilib İtaliyada ən çox axtarılanlar siyahısında ilk sırada olan və 30 ilə yaxın müddətdən sonra saxlanılan “Cosa Nostra” mafiya qruplaşmasının rəhbəri Matteo Messina Denaro xüsusi rejimli həbsxanaya köçürülüb.
Palermoda keçirilən xüsusi əməliyyat nəticəsində yaxalanan mafiya liderinin hərbi təyyarə ilə L'Aquila şəhərinə aparıldığı və buradakı xüsusi rejimli həbsxanada tək nəfərlik kameraya yerləşdirildiyi bildirilir. Həmin həbsxananın seçilməsinin səbəblərindən biri də Denaronun xərçəng xəstəliyindən müalicəsini davam etdirə biləcəyi xəstəxanaya yaxın olmasıdır. Təhlükəsizlik qüvvələri mafiya liderinin saxlanılması üçün keçirilən əməliyyatda xüsusi vasitələrlə texniki izləmə, dinləmə və məlumat analizi aparıb.
Bundan başqa, İtaliya Prezidenti Sercio Mattarella sədrlik etdiyi Ali Müdafiə Şurasının iclasında Matteo Messina Denaronun həbsini dövlətin əldə etdiyi böyük uğur adlandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər