20 Yanvar şəhidləri hər bir azərbaycanlının qürur mənbəyidir

20 Yanvar şəhidləri hər bir azərbaycanlının qürur mənbəyidir Təhsil İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar qırğınları barədə məlumat verib.
Təhsilin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri professor İntiqam Cəbrayılov “20 Yanvar faciəsi - tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda məruzəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarından, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı soyqırımı, deportasiya və Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı prinsipial mövqeyindən bəhs edib.
Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri professor Elxan Bəylərov isə “20 Yanvarın mənəvi-psixoloji aspektləri” mövzusunda məruzə edib. O, çıxışında hadisəni şərtləndirən durumun, onun gedişinin və nəticələrinin əsas psixoloji səciyyəsindən bəhs edib. Bildirilib ki, 20 Yanvar şəhidləri qəhrəmanlıq salnaməsi və hər bir azərbaycanlının qürur mənbəyidir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Faciə şəhidlərinin əziz xatirəsi isə Azərbaycan xalqı tərəfindən daim yad ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər