Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarının bir çoxunun 20 Yanvar hadisələrinin şahidi olduğunu qeyd edərək, Azərbaycan xalqının həmin günlərdə öz iradəsini ortaya qoyduğunu diqqətə çatdırıb. Rektor Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev o dövrdə bütöv bir imperiyaya qarşı özünün haqq səsini ucaldaraq, Azərbaycan xalqının Lideri kimi öz xalqının yanında olduğunu sübut etdi. O, Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması üçün mühüm işlər görüldüyünü deyib, ölkəmizin həmişə müzəffər və qaliblər sırasında olacağından əminliyini ifadə edib.
Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Habil Məmmədov çıxışında 20 Yanvar faciəsinin tarixdə müdhiş bir terror aktı kimi qaldığını qeyd edib. Bununla yanaşı, bu tarixin həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib. O, 20 Yanvar faciəsinin tarixi səbəblərindən danışıb, həmin dövrdə baş vermiş ictimai-siyasi məqamları diqqətə çatdırıb.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Abışova yaxın keçmişimizin qanlı səhifəsi olan 20 Yanvar barədə fikirlərini bölüşüb. O, 20 Yanvar faciəsinin qanlı gün kimi xatırlandığını, eyni zamanda, Azərbaycan məfkurəsinin inkişafına təkan verdiyini deyib.
Tarix və ictimai elmlər kafedrasının müdiri professor Cahangir Məmmədov çıxışında 20 Yanvar hadisələrinin xalqımızın milli azadlıq hərəkatının mühüm mərhələsi olduğunu vurğulayıb. O, bu tarixi proseslərin araşdırılmasının, gənclərə təbliğ olunaraq gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Sonda tədbir iştirakçıları tərəfindən Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə BSU-nun foyesində yaradılmış xatirə lövhələri önünə tər qərənfillər düzülüb, bütün şəhidlərin ruhu ehtiramla yad olunub.
Tədbirdən sonra BSU-nun kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə gül dəstələri düzülüb.
Tehsil-press.az