“Qərb Ukraynada Rusiyaya qarşı real müharibə aparır”

“Qərb Ukraynada Rusiyaya qarşı real müharibə aparır” “Qərb Ukraynada Rusiyaya qarşı hibrid deyil, real müharibə aparır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pretoriyada cənubi afrikalı həmkarı Naledi Pandor ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.
ABŞ-nin Rusiya ilə əməkdaşlıq edən digər ölkələri də təhdid etdiyini deyən Lavrov ABŞ və Böyük Britaniyanın təhdid və təzyiqlərlə bütün qırmızı xətləri pozduğunu bildirib:
“Onlar 1000 illik böyük sivilizasiyaları təmsil edən böyük dövlətləri hədələyir və bu xalqların milli qürurunun olduğunu görməzdən gəlirlər”.

Tehsil-press.az


Oxşar xəbərlər