İspaniyada ukraynalıların işlədiyi üç gizli tütün fabriki tutulub
İspaniya polisi bazar günü bəyan edib ki, onlar həm qanuni qaçqın, həm də qeyri-qanuni mühacir olan ukraynalıların çətin şəraitdə işlədiyi üç gizli tütün fabrikini bağlayıblar.
Bu əməliyyat zamanı İspaniyanın müxtəlif bölgələrində 27 nəfər həbs edilib və ümumilikdə 37,5 milyon avro dəyərində 10 ton tütün yarpağı və 3,5 milyon qutu siqaret müsadirə edilib.
Polisin məlumatına görə, fabriklərdə işləyən ukraynalılar, bu ərazilərdəki evlərdən kənara çıxmayıblar. Onların arasında həm İspaniyaya qanuni yolla daxil olan müharibə qaçqınları, həm də qeyri-qanuni yollarla ölkəyə daxil olanlar var.
BMT-nin məlumatına görə, müharibə zamanı Avropada Ukraynadan səkkiz milyona yaxın qaçqın qeydə alınıb, onlardan 160 mindən çoxu İspaniyada yerləşib.
Avropa Parlamentinin noyabr ayında dərc olunmuş hesabatında bildirilir ki, Avropa İttifaqında ukraynalı qaçqınların qeyri-qanuni istismarı hallarının sayı artmaqdadır, onlar öz ağır vəziyyətlərinə və dil bilməmələrinə görə tez-tez hər hansı bir işlə məşğul olmağa məcbur olurlar.
İspaniya polisi bazar günü bildirib ki, aşkar etdikləri üç gizli fabrik İspaniyanın müxtəlif yerlərində, cənubda Sevilya yaxınlığında, şərqdə Valensiya yaxınlığında və şimalda La Rioxa bölgəsində yerləşiblər.
Siqaret istehsalı üçün tütün, polisə görə, qaçaqmalçılıq yolu ilə gətirilib və fabriklər gündə yarım milyon qutudan çox istehsal edə biliblər. Məhsullar həm İspaniyada, həm də digər ölkələrdə satılırmış.
Polis tütün və siqaretlə yanaşı, bu şəbəkənin təşkilatçılarından tapılan dəbdəbəli avtomobillər, qızıl-zinət əşyaları və külli miqdarda nağd pul da həbs edə bilib. Polisin məlumatına görə, təşkilatçılar Marbella kurortunda dəbdəbəli həyat sürürlər.
Tehsil-press.az