Siqaretlərin də aksiz dərəcələri qaldırıldı - Rəsmi

Siqaretlərin də aksiz dərəcələri qaldırıldı - Rəsmi Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb.
Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb
Sənədə əsasən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcəsi 1000 ədəd üçün 43 manatdan 46,5 manata qədər artırılıb.
Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının aksiz dərəcəsi 1000 ədəd üçün 12,9 manatdan 14 manata çatdırılıb.
Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi 1 kq üçün 30 manat təşkil edib.
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat olub.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Tehsil-press.az


Oxşar xəbərlər