Dünya Səhiyyə Təşkilatı və ABŞ Milli Xərçəng İnstitutu “Tütün və tütün sənayesinə nəzarət iqtisadiyyatı” adlı növbəti məruzəsini dərc ediblər. Məruzədə deyilir ki, bir milyarddan çox adam siqaret çəkir, insanlar siqareti getdikcə daha tez-tez tərgidirlər, lakin siqaret çəkənlərin ümumi sayı əhalinin artması hesabına azalmaq bilmir. Buna görə də hökumətlər məhdudlaşdırma siyasəti yürütməli, passiv siqaret çəkməni məhdudlaşdırmalı və vergiləri artırmalıdırlar.
Tehsil-press.az Dünya Səhiyyə Təşkilatına (DST) istinadla xəbər verir ki, DST və ABŞ Milli Xərçəng İnstitutunun məlumatlarına əsasən, hər il 6 milyon adam siqaret çəkməyin fəsadlarından ölür və DST-nin bu məruzədəki proqnozuna görə, bu rəqəm 2030-cu ilə qədər artaraq 8 milyon nəfərə çatacaq.
Məruzədə çox maraqlı statistika gətirilib. Yaşı 15-dən çox olan adamların təqribən 21 faizi (1,1 milyard nəfər) siqaret çəkir. Kişilərin 35 faizi və qadınların təqribən 6 faizi siqaretə qurşanıb.
Bununla bərabər, siqaret çəkmək dəbdən düşür. Bütün ölkələrdə, bütün yaş qrupları üzrə və gəlirlərdən asılı olaraq getdikcə daha az siqaret çəkirlər. Amma əhalinin artması səbəbindən siqaret çəkənlərin sayı azalmır. Yüksək gəlirli ölkələrdə yetkinlik yaşına çatmayanların siqaret almaq imkanları səmərəli satış qaydaları ilə məhdudlaşdırılıb. Yoxsul ölkələrdə də belə məhdudiyyətlər tətbiq edilir, amma bu məhdudiyyətlər effektiv olmur.
Siqaret çəkənlərin təxminən 80 faizi orta və aşağı gəlirli dövlətlərdə, kobud deyilsə, üçüncü dünya ölkələrində yaşayır. Siqaretə qurşananların təxminən 21 faizi (226 milyon nəfər) çox yoxsuldur. Bütün tütün narkomanlarının təxminən yarısı Cənub-Şərqi Asiyada yaşayır. Şərqi Aralıq dənizi hövzəsi və Afrika ölkələrində də siqaret çəkənlər çoxdur.
Məruzə müəlliflərinin fikrincə, tütün çox zərərlidir. Hesab olunur ki, bütün dünyada yaşı otuz və otuzdan yuxarı olan adamlar arasında ölüm hallarının 12 faizinin səbəbi tütündür.
Məruzə müəllifləri siqareti tərgitmək istəyənlərə mərkəzləşdirilmiş şəkildə yardım göstərilməsinin böyük əhəmiyyət daşıdığını xatırladırlar. Onlar birbaşa iqtisadi faydanı təsdiqləyən tədqiqatlara istinad edirlər.
Tehsil-press.az