Kağıthane-İstanbul Hava Limanı metrosunun açılışında prezident Ərdoğan və keçmiş baş nazir Tansu Çillər də iştirak edib. Daha sonra test sürüşündə Ərdoğanı müşayiət edən Çillər “Bu daha asandır, yoxsa TOGG?” deyə prezidentə sualla müraciət edib. Sualı gülərüzlə qarşılayan prezident “Bu, çox, çox asandır” deyə cavab verib.
Nəzərinizə çatdıraq ki, Prezident Ərdoğan Kağıthane-İstanbul Hava Limanı Metro Xəttinin Açılış Mərasimində iştirak edib. Ərdoğanla yanaşı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, vitse-prezident Fuat Oktay, keçmiş baş nazir Tansu Çillər, AK Partiya sədr müavini Binəli Yıldırım, Nəqliyyat və İnfrastruktur Naziri Karaismailoğlu və bir çox başqaları da açılışda iştirak ediblər. Metronun açılış mərasimində rəsmilərdən əlavə də xeyli insan iştirak edib. Mərasimə qatılanlar arasında keçmiş baş nazir Tansu Çillərin də olması diqqət çəkib. Daha əvvəl partiya quracağı iddiaları ilə tez-tez gündəmə gələn Tansu Çillər prezident Ərdoğanın düz yanında dayanaraq lenti birlikdə kəsiblər. Ətrafındakılarla lenti kəsdikdən sonra prezident Ərdoğan metro xəttinin sınaq sürüşünə çıxıb.
Tehsil-press.az