Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Təhsilin İnkişafı Fondu və Britaniya Şurası ilə tərəfdaşlıq əsasında təşkil olunan İELTS imtahanlarında iştirak edən universitetin bir qrup müəllim və tələbəsinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən rektor Cəfər Cəfərov deyib: “Pedaqoji Universitetlə Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsilin İnkişafı Fondu arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında insan kapitalının formalaşdırılmasının gücləndirilməsi və istedadlı tələbələrin ingilis dilini mənimsəməsi məqsədilə universitetimizin bir qrup müəllim və tələbəsi üçün IELTS imtahanı təşkil edilib. Britaniya Şurasının təşkilatçılığı ilə keçirilən imtahanda universitetdaxili müsabiqə əsasında seçilmiş 9 müəllim və 10 tələbə iştirak edib və hər biri yüksək nəticə ilə beynəlxalq dil sertifikatı qazanıb. Cari ildə daha artıq tələbənin imtahanlara cəlb olunması nəzərdə tutulur”.
TKTA İdarə Heyətinin sədri Ülkər Səttarova, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Britaniya Şurasının Cənubi Qafqaz üzrə imtahanlar meneceri Nərgiz Əkbərova qeyd ediblər ki, bu imtahanların təşkilində məqsəd universitetlərdə beynəlxalq dil sertifikatlarının təşviqi, gələcəkdə tədris prosesində İELTS sertifikatı kimi akkreditasiya olunmuş beynəlxalq dil sertifikatına malik tələbələrin müvafiq proqramların tədrisindən azad olunmalarını stimullaşdırmaqdır. Vurğulanıb ki, ötən ilin sonunda 6 dövlət ali təhsil müəssisəsi ilə birgə icra olunan layihənin ilk ilində Pedaqoji Universitetdən namizədliyi irəli sürülmüş bütün müəllim və tələbələr yüksək nəticə ilə İELTS sertifikatı almağa müvəffəq olub. Növbəti illərdə də layihə davam etdiriləcək.
Daha sonra müəllim və tələbələrə müvafiq sertifikatlar təqdim olunub.
Tehsil-press.az