Türkiyə MTŞ: “NATO-ya üzv olmaq istəyən dövlətlər müttəfiqliyə riayət etməlidirlər”

Türkiyə MTŞ: “NATO-ya üzv olmaq istəyən dövlətlər müttəfiqliyə riayət etməlidirlər” Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.
Prezident Aparatında keçirilən görüş 3 saat 40 dəqiqə davam edib.
İlin ilk toplantısının yekunların görə qəbul edilən bəyanatda İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı açıqlamalar yer alıb.
Bəyanatda NATO-ya üzv olmaq istəyən dövlətlərdən ittifaq ruhuna riayət etmələri tələb olunub. Həmçinin, İsveç və Finlandiyanın terror təşkilatlarına qarşı mübarizəyə dair anlaşma memorandumundan irəli gələn öhdəlikləri konkret addımlarla yerinə yetirmələrinin vacib olduğu bildirilib.
Sənəddə din, vicdan və fikir azadlığı kimi dəyərlərə xələl gətirən hərəkətləri təşviq edən və müdafiə edənlərin nifrət cinayətlərinin ortağı olduğu xatırladılıb. Eləcə də anti-İslam irqçiliyinin təzahürü olan və milyardlarla insanın müqəddəs dəyərlərini hədəf alan iyrənc hücumlar qəti şəkildə pislənib.
Açıqlamada Yunanıstanın təxribat xarakterli hərəkətləri ilə bağlı Türkiyənin milli təhlükəsizliyini və maraqlarını hədəf alan hər hansı bir fəaliyyətə yol verilməyəcəyi” qəti şəkildə vurğulanıb.

Tehsil-press.az


Oxşar xəbərlər