Türkiyə Ermənistanı öhdəliyini yerinə yetirməyə çağırdı

Türkiyə Ermənistanı öhdəliyini yerinə yetirməyə çağırdı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanan Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri pislənilib.
Bu haqda Şuranın iclasının yekununa dair məlumatda qeyd olunub:
“Ermənistan Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərinə görə pislənilib. Ermənistan administrasiyasına verilən sülh fürsətindən istifadə etmək və bütün müqavilə öhdəliklərini yerinə yetirmək üçün məsuliyyət daşıdığı xatırladılıb.
Davamlı sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək öz təsdiqini tapıb, fikir ayrılıqlarını daha da dərinləşdirmək əvəzinə, başda region dövlətləri olmaqla, bütün iştirakçı tərəflərin səmimi şəkildə öz töhfəsini verməli olduğu vurğulanıb”.

Tehsil-press.az


Oxşar xəbərlər