"NATO-ya üzvlük məsələsinə dair Ankaranın tələblərinə İsveç və Finlandiyadan alınmış cavablar Türkiyə tərəfinin gözləntilərinə cavab vermir".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında bildirib.
“Biz müvafiq sənədləri NATO-ya və iki ölkəyə göndərmişik. Aldığımız sənədlər bizim gözləntilərimizdən uzaqdır. Biz yenilərini göndərmişik və onlara cavab gözləyirik. Top indi onlar tərəfdədir”, - Mövlud Çavuşoğlu deyib.
Xatırladaq ki, Türkiyə İsveç və Finlandiyadan terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstəyini bəyan etmələrini və bu barədə müvafiq qanunvericilik aktları qəbul olunmasını tələb edir. Həmin ölkələr öz ərazilərində PKK ilə əlaqəli bütün təşkilatları, eləcə də onların aktivlərini və media resurslarını bağlamalıdır. Bundan başqa, Stokholm və Helsinki müdafiə sənayesi məhsullarına qoyulan embarqonu aradan qaldırmalı və terrorçularla əlaqəsi olan şəxsləri Türkiyəyə ekstradisiya etməlidir.
Prezident Rəcəb Tayyib Ərdoğan Stokholm və Helsinkinin terror təşkilatlarına, əsasən də PKK və PYD/YPG-yə, həmçinin Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan Fətullah Gülən tərəfdarlarına münasibətini müəyyənləşdirənə qədər Ankaranın İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyünü dəstəkləməyəcəyini dəfələrlə bəyan edib.
Tehsil-press.az