UNEC-in Elmi şurasının yeni tərkibinin siyahısı açıqlanıb

UNEC-in Elmi şurasının yeni tərkibinin siyahısı açıqlanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi şurasının iclası keçirilib.
İclasda Elmi şuranın yeni tərkibinin siyahısı açıqlanıb. Şurada tədris üzrə prorektor dosent Gəray Musayev Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları” əsasında hazırlanan UNEC-in institusional akkreditasiyası üzrə özünütəhlilin nəticələri haqqında hesabatla çıxış edib. Hesabatda akkreditasiya üzrə Təşkilat Komissiyasının təqdim etdiyi meyarlar, indikatorlar, tövsiyələr barədə məlumatlar təqdim olunub. Hesabat şura üzvləri tərəfindən təsdiq edilib.
Rektor Ədalət Muradov UNEC-də fakültə idarəetməsində vahid modelin tətbiq olunacağını diqqətə çatdırıb. Bu məqsədlə universitetdə Dekanlar Şurasının yaradılması təklif olunub. Elmin populyarlaşdırılması, elmi bilikləri, nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, gənclərin elmə marağını artırmaq məqsədilə UNEC-də Elmin Populyarlaşdırılması Mərkəzinin yaradılması da təklif edilib. Təkliflər şura üzvləri tərəfindən təsdiqlənib.
Şurada UNEC-in Zaqatala filialında Regional Tədqiqat Mərkəzinin yaradılması təklifi səsə qoyularaq qəbul edilib.

Tehsil-press.az



Oxşar xəbərlər