Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilinin ilk Elmi şurası keçirilib.
Elmi şurada Tədris və təlim texnologiyaları üzrə prorektor dosent Gəray Musayev 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri haqqında hesabatla çıxış edib. Məruzədə bakalavr, magistratura səviyyələri üzrə nəticələr açıqlanıb və müqayisəli təhlil aparılıb.
Prorektor cari tədris ilinə hazırlıqla bağlı da məlumat verib. Bildirilib ki, tədris semestr əsaslı təşkil olunacaq və bakalavr səviyyəsi üzrə qiymətləndirmə 100 bal üzrə 20+30+50 qaydasında həyata keçiriləcək. Burada 20 bal tələbənin aktivliyinə, 30 bal ara qiymətləndirmə və 50 bal yekun imtahanına aid ediləcək. Tələbələrin dərslərdə iştirakı ilə bağlı davamiyyət limiti tətbiq ediləcək, davamiyyətə görə bal verilməyəcək. Bu ildən Xarici dildə işgüzar yazışmalar və kommunikasiya fənninin (ingilis dili) tədrisi də yeni formada təşkil ediləcək. Tələbələr test imtahanından keçərək bilik səviyyələrinə görə, yeni qəbul olmuş tələbələr isə qəbul imtahanlarında topladıqları ballara uyğun qruplar üzrə xarici dil dərslərinə yerləşdiriləcəklər.
Cari tədris ilində UNEC-də UDİD və Minor proqramlarının tətbiqinə başlanıldığı, proqramlara ixtisaslar üzrə tələbələrin seçimlərinin tamamlandığı da bildirilib.
Sonra rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov UNEC-də 2021/2022-ci tədris ilinə hazırlıq haqqında məruzə ilə çıxış edib. Məruzədə EDUMAN sistemində payız semestri üzrə görülən işlər, sistemə əlavə olunan yeniliklər, hidrid auditoriyaların qurulması və tədris prosesinə hazırlıq barədə ətraflı məlumat verilib. Bütün tədris binalarının yeni tədris ilinə hazır olduğunu, eləcə də professor-müəllim heyətinin, təhsilalanların və əməkdaşların COVID-19 pasportlarının və immunitet sertifikatlarının yoxlanılması üzrə təlimatın hazırlandığını deyib.
Şurada Qiyabi və əlavə təhsil mərkəzinin direktoru dosent Səbuhi Tanrıverdiyev yay semestrinin yekunları haqqında hesabatla çıxış edib və nəticələrin təhlilini aparıb.
UNEC İmtahan mərkəzinin direktoru dosent Söhrab İsayev 2021/2022-ci tədris ilinin yay imtahan sessiyasının nəticələri barədə məlumat verib. Hesabatlar dinlənildikdən sonra şura üzvləri tərəfindən qəbul edilib.
Elmi şurada UNEC-in rektoru professor Ədalət Muradov bir sıra dəyişikliklər barədə təkliflər səsləndirib.
Şura üzvlərinin səsverməsi ilə UNEC-də Beynəlxalq ticarət və logistika kafedrasının yaradılması barədə qərar qəbul edilib. Maliyyə və maliyyə institutları kafedrası ilə Mühasibat uçotu və audit kafedrası birləşdirilərək, Maliyyə və mühasibat kafedrası yaradılıb. Elektron universitet şöbəsi Təhsil və təlim texnologiyaları şöbəsi adlandırılaraq, UNEC Ekstern Mərkəzinin tərkibinə verilib. Tədris-metodiki mərkəz ilə Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi birləşdirilərək Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi yaradılıb.
Elmi şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Yeni tədris ilindən inzibati işçilərin əməkhaqqının diferensiallaşdırılması istiqamətində işlərə start verildiyi, inzibati işçilərin əməyinin qiymətləndirilməsi ilə bağlı yeni model təqdim olunacağı deyilib.
Tehsil-press.az