UNEC Elmi şurasının ilk iclası keçirilib

UNEC Elmi şurasının ilk iclası keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ilində Elmi şuranın ilk iclası keçirilib.
Rektor Ədalət Muradov yeni tədris ilinin başlaması münasibətilə şura üzvlərinə uğurlar arzulayıb.
Onlayn keçirilən iclasda 2019/2020-ci tədris ilinin yaz semestrində distant tədrisin və yay imtahan sessiyasının yekunları barədə məlumat verilib.
Yeni tədris ilində ingilis dilinin tədrisinin beynəlxalq standartlar əsasında 4 semestr təşkil olunacağı qeyd edilib. Bildirilib ki, birinci kurs tələbələrinin qruplar üzrə yerləşdirilməsində də yeniliklər tətbiq olunacaq. Eyni ixtisasa yeni qəbul olan tələbələr digər fənlər üzrə qruplara Dövlət İmtahan Mərkəzinin imtahanlarında topladıqları ballara uyğun yerləşdiriləcək.
Elmi şurada yeni kafedra və laboratoriyaların yaradılması barədə təkliflər səsləndirilib. UNEC-də təhsil alan və həssas ailələr qrupuna daxil olan tələbələr üçün dövlətin ödədiyi təhsil haqqı fərqinin universitet hesabına ödənilməsi barədə qərar qəbul edilib. Universitetdə əlil gənclərin yüksək səviyyədə təhsil almalarına dəstək olmaq məqsədilə UNEC İnklüziv Təhsil Fondu yaradılıb. Fond əlilliyi olan tələbələrin təhsil haqqının ödənilməsi, onların mübadilə və ikili diplom proqramlarında iştirakına dəstək olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər