Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalına start verilib.
27 Mart - Elm Gününə həsr edilən festival martın 28-dək davam edəcək. Festival çərçivəsində konfrans, kitab sərgisi, dəyirmi masalar, elmi-praktiki seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, ustad dərsləri, Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında məlumatlandırmalar, treninqlər olmaqla 33 tədbir keçiriləcək.
Tədbirin açılışında UNEC-in rektoru professor Ədalət Muradov çıxış edərək tədbirin əsas məqsədinin elmin populyarlaşdırılması olduğunu bildirib. Rektor UNEC-də elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və yeni hədəflərdən söz açıb. “UNEC professoru”, “Gənc professorlar” layihəsi, “tədqiqatçı-müəllim” statusundan bəhs edən rektor UNEC-in dünya səviyyəli universitet sırasına çıxmaq sahəsində böyük potensialı olduğunu, bu potensialın üzə çıxarılması üçün zəruri addımların davam etdiriləcəyini deyib.
Rektor elmin dəyərindən də söz açıb: “Prosesləri dəyişə bilməyən, cəmiyyətin davranışına təsir edə bilməyən elm gücsüzdür. Universitetlər elmin populyarlaşdırılması istiqamətində maarifləndirmə mərkəzi missiyasını öz üzərinə götürməlidir. Elmin nəticələri haqqında ictimaiyyət məlumatlandırılmalıdır”.
Professor Rafiq Əliyev elmin populyarlaşdırılmasının, gənc nəslə ötürülməsinin, elmə gənclərin daha çox cəlb olunmasının vacibliyindən danışıb. O, elmin bəşəriyyətin inkişafındakı rolundan, eləcə də bəşəriyyətə vura biləcəyi zərərlərindən bəhs edərək, elmi əxlaqın vacibliyini önə çəkib.
Tədbir “Elm və sosial - iqtisadi inkişaf: Yeni çağırışlar, imkan və perspektivlər” mövzusunda plenar iclas ilə davam edib.
İclasda elm üzrə prorektor professor Sakit Yaqubov “Elm, texniki tərəqqi və iqtisadiyyat”, tədris üzrə prorektor dosent Gəray Musayev “Elm və təhsilin vəhdəti”, beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı “Universitetlərdə beynəlxalq elmi əməkdaşlıq: imkanlar və perspektivlər”, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov “Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar və mürəkkəb vəzifələr” mövzularında çıxış ediblər.
Elm festivalının açılışı UNEC-in rəsmi feysbuk səhifəsində canlı yayımlanıb.
Tehsil-press.az