Talıbov Mehdiyevin bağında: şok plan qurulub, generallar da…

Talıbov Mehdiyevin bağında: şok plan qurulub, generallar da… Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa səbəbi ilə bağlı Globalinfo.az sensasion iddia ilə çıxış edib.
Sayt öz mənbələrinə istinadla Talıbovun bu yay Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Mərdəkandakı bağ evində gizli görüş keçirdiyini bildirib.
“Toplantıda V.Talıbov və ev sahibi R.Mehdiyevdən başqa Naxçıvandan olan bəzi deputatlar, iş adamları iştirak edib. Qonaqlar arasında deputat Siyavuş Novruzovun da olduğu deyilir. Məlumata görə, toplantıya Milli Məclisin vitse-spikeri Adil Əliyev də dəvət olunub, lakin o, iştirakdan qəti şəkildə imtina edib.
Toplantıda “konsey” yaradılması haqda qərar qəbul edilib. “Konsey”in ilk məqsədi Prezident İlham Əliyevin siyasi idarəsinə dirəniş təşkil etmək, Naxçıvan klanının qanunsuzluqlarına qarşı tədbirlərə mane olmaq, ölkədə aparılması zəruri olan kadr və digər islahatların qarşısını almaq olub”, - sayt yazıb.
Mənbənin iddiasına görə, V.Talıbovun tövsiyəsi ilə toplantı üzvləri “B variant” üzərində dayanıblar:
“Gələcəkdə fors-major vəziyyət yarandığı halda Naxçıvanı müstəqil dövlət elan etməklə bağlı razılığa gəliblər. “Konsey”in növbəti hədəfi isə Azərbaycan Ordusunun Naxçıvanda yaradılacaq separatçı rejimin varlığına son qoyub ölkənin suverenliyini bərpa etməsinin qarşısını almaq üçün İranla maksimum yaxınlaşmaq olub. Xatırladaq ki, V.Talıbovun İranın siyasi, hərbi və dini çevrələri ilə yaxın münasibətlərinin olduğuna dair indiyədək məlumatlar yayılıb. Və bu məlumatların heç biri təkzib edilməyib. Hətta mediada yazıldığına görə, SEPAH generalları Naxçıvana gələrək V.Talıbovla təkbətək görüşüblər”.
Sayt qeyd edib ki, bu toplantı dövlətin aidiyyəti qurumları tərəfindən təsbit edilib. Vasif Talıbov əvvəl yığıncaqda iştirakını boynuna almayıb. Həmin vaxt ona toxunulmamasının səbəbi kimi dövlətin işin əslini öyrənmək istəməsi olduğu deyilir.
“Uzunmüddətli araşdırmalar ortaya dəhşətli faktlar çıxarıb. Məlum olub ki, Talıbov-Mehdiyev tandemi dövlətə və Prezidentə qarşı sözün əsl mənasında xəyanət yolu tutublar. Onlar unitar dövlətin içində ayrıca müstəqil dövlət yaradıb, Azərbaycanı bölmək yolu seçiblər. Bu “müstəqil” dövləti də ilk tanıyan İran olacaqmış. Bu informasiyalardan belə qənaətə gəlmək olur ki, Vasif Talıbovla Ramiz Mehdiyev faktiki qiyam və ya çevriliş planına start veriblərmiş”, - sayt vurğulayıb.
Globalinfo.az bəzi generalların da bu xəyanətkar planın içində yer aldığına dair iddialar olduğunu, redaksiyaya sensasion adlar daxil olduğunu bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər