Rusiya universitetlərində tələbələrə bunlar da öyrədiləcək

Rusiya universitetlərində tələbələrə bunlar da öyrədiləcək Sentyabrın 1-dən Rusiya universitetlərinin tələbələri üçün yeni konsepsiya tətbiq ediləcək.
Bu konsepsiya fevralın 2-də təsdiqlənib. Konsepsiyada göstərildiyi kimi, kursun xronoloji çərçivəsi ilk insanların Rusiya ərazisində yaşamasından 2022-ci ilə qədər olan dövrü əhatə edəcək.
Belə ki, öyrədiləcək mövzular sırasına Ukraynada xüsusi hərbi əməliyyatın başlanması, Qərb dövlətlərinin Rusiyaya sanksiyalar tətbiq etməsi, xüsusi hərbi əməliyyatın məqsədləri və s. əlavə edilib.
Qeyd edək ki, daha əvvəl nazirlik müasir tarixin öyrənilməsi üçün ona ən azı 144 saatın ayrılmalı olduğunu bildirmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər