Ərdoğan zəlzələ ilə bağlı çıxış etdi - Video

Ərdoğan zəlzələ ilə bağlı çıxış etdi - Video “Biz təkcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzəyik”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda dağıntılar altında 53 317 nəfərdən ibarət axtarış-xilasetmə heyəti çalışır: “Türkiyədən və xaricdən gələn komandaların sayı hər keçən saat artır”.
Ərdoğan 3549 nəfərin həlak olduğunu açıqlayıb. O bildirib ki, 22 168 nəfər xəsarət alıb: “Ən böyük təsəllimiz odur ki, indiyədək 8 mindən çox vətəndaşımız dağıntılar altından xilas edilib”.
Dövlət başçısı zəlzələ bölgəsinə ümumilikdə 1000-ə yaxın təcili tibbi yardım xidmətinin, 5000-ə yaxın tibbi personalın göndərildiyini qeyd edib.
Bununla yanaşı o, zəlzələ baş vermiş 10 əyalətdə 3 ay müddətə fövqəladə vəziyyət elan edib.
Türkiyə Prezidenti 70 ölkə və 14 beynəlxalq təşkilatdan dəstək təklifi aldıqlarını əlavə edib.



Tehsil-press.az

Oxşar xəbərlər