Texniki Universitetdə TİKA ilə əməkdaşlıq çərçivəsində təlim

Texniki Universitetdə TİKA ilə əməkdaşlıq çərçivəsində təlim Azərbaycan Texniki Universitetində (AzTU) metallurgiya, materiallar texnologiyası, fizika, kimya, maşın mühəndisliyi, mexanika və digər istiqamətlərdə praktiki biliklərin verilməsi və tədqiqatların aparılması məqsədilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən müvafiq kafedraların gənc professor-müəllim heyətinə təlim keçirilib.
Ikigünlük təlim TİKA-nın dəstəyi ilə alınan “ezAFM+” atom mikroskopunun iş prinsipinə həsr olunub.
İrmak Gürlek Sönmez tərəfindən aparılan təlimdə avadanlığın iş prinsipi və mikroskopun komponentləri barədə məlumat verilib. Həmçinin mikroskop üzərində praktiki işlər, cihazın quraşdırılması və istifadəsi barədə qaydalar əməkdaşların diqqətinə çatdırılıb.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az




Oxşar xəbərlər