TİKA-nın Bakı ofisi AzMİU-ya 3D printer hədiyyə edib

TİKA-nın Bakı ofisi AzMİU-ya 3D printer hədiyyə edib Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya ofisinin nümyəndələri bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonaqları olublar.
Ofisin koordinator yardımçısı Mehmet Ali Yetiş və assistent Famil Bəşirov ilk olaraq universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər. Qonaqlar gəlişlərinin əsas məqsədinin universitetin müasir avadanlıqlarla təmin edilməsinə dəstək göstərməklə bağlı olduğunu qeyd ediblər. Onlar bu məqsədlə universitetin Memarlıq fakültəsinin müəllim və tələbələrinin istifadəsi üçün 3D printerlər hədiyyə edəcəklərini bildiriblər. Rektor TİKA-ya öz minnətdarlığını bildirib. Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva da iştirak edib.
Sonra qonaqlar Memarlıq fakültəsinin Dizayn kafedrasında kafedranın müəllimləri ilə görüşüblər. Bakı Proqram Koordinasiya Ofisinin koordinator yardımçısı kafedranın müəllimlərinə 3D printerin istifadəsi prosesini əyani olaraq izah edib.
Məlumat üçün qeyd edək ki, təqdim olunan bu avadanlıq maketlərin hazırlanmasında layihə qrafikası, rəngli konstruksiya, mühit dizaynı fənnini tədris edən müəllimlərin, eləcə də tələbələrin işini asanlaşdıracaq.

Hikmət Əliyev


TİKA-nın Bakı ofisi AzMİU-ya 3D printer hədiyyə edib

TİKA-nın Bakı ofisi AzMİU-ya 3D printer hədiyyə edib

TİKA-nın Bakı ofisi AzMİU-ya 3D printer hədiyyə edib

Oxşar xəbərlər