Türkiyəli tələbələr Azərbaycan Texniki Universitetində

Türkiyəli tələbələr Azərbaycan Texniki Universitetində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin təşkilatçılığı ilə türkiyəli tələbələr Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Türkiyənin müxtəlif ali məktəblərində təhsil alan sonuncu kurs tələbələrinin səfəri “Təcrübə paylaşım” proqramı çərçivəsində həyata keçirilib.
Əvvəlcə tələbələr müxtəlif tədris korpusları ilə tanış olublar. Onlar, həmçinin TİKA-nın dəstəyi ilə yaradılan “Cezeri Lab” laboratoriyasına baxış keçiriblər. Laboratoriyada tələbələrə burada aparılan sınaqlar barədə məlumat verilib.
Tələbələr daha sonra rektor Vilayət Vəliyevlə görüşüblər. Görüş zamanı qonaqlara AzTU-da görülən işlər, həyata keçirilən innovativ yeniliklər barədə məlumat verilib.

Tehsil-press.az

Oxşar xəbərlər