Bakı Slavyan Universitetində TİKA-nın nümayəndə heyəti ilə görüş keçirilib

Bakı Slavyan Universitetində TİKA-nın nümayəndə heyəti ilə görüş keçirilib Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndə heyəti ilə görüşüb.
Görüşdə TİKA-nın Bakı proqram koordinatorunun müavini Ahmet Çanga, koordinasiya ofisinin assistenti Abbas Hümmətov iştirak edib.
Rektor Anar Nağıyev regionun slavyanşünaslıq üzrə birinci universiteti olan BSU-nun tarixindən söz açaraq, bu ali təhsil ocağının ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradıldığını deyib. Universitetin fəaliyyətinə diqqət çəkən rektor ixtisaslar, beynəlxalq əlaqələrdən danışaraq, BSU-nun Türkiyə Araşdırmalar Mərkəzinin fəaliyyətinə də toxunub.
TİKA-nın Azərbaycandakı baş proqram koordinatoru Fatih Yılmaz təmsil etdiyi qurumun tarixi və fəaliyyətindən söz açıb. TİKA-nın müxtəlif qurumlarla, o cümlədən ali təhsil müəssisələri ilə birgə həyata keçirdiyi layihələrdən bəhs edib.
Görüşdə gələcək qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər