Mərkəzi Nəbatat Bağında “CİS məktəbi 2018” layihəsi çərçivəsində təlim təşkil edilib

Mərkəzi Nəbatat Bağında “CİS məktəbi 2018” layihəsi çərçivəsində təlim təşkil edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağınında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Coğrafi İnformasiya Sistemləri (CİS) məktəbi” layihəsi çərçivəsində təlim təşkil olunub. Bağın İnformasiya texnologiyaları şöbəsinin müdiri Yusif Abiyevin rəhbərliyi ilə keçirilən təlim “Çöl tədqiqatlarında GPS cihazlarından istifadə və səmt müəyyənetmə” mövzusuna həsr olunub.
Əvvəlcə iştirakçılara Mərkəzi Nəbatat Bağının canlı kolleksiyası və burada aparılan tədqiqat işləri haqqında məlumat verilib. İştirakçılar qruplara bölünüb, onlar üçün GPS naviqatorun iş prinsipi, növləri, istifadə oluna biləcək sahələr, koordinat təyini, seçilmiş koordinat nöqtələrinə GPS ilə getmə və digər üzrə nəzəri və praktiki məşqlər keçirilib.
Təlim, alınan koordinatların Google Earth və ArcGIS10 program təminatında istifadə qaydası, program təminatlarının landşaft memarlığında istifadəsi və 3D dendroplanların qurulması mövzularında praktiki məşğələlərlə davam etdiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər