FHN növbəti humanitar yardımı Türkiyəyə yola saldı

FHN növbəti humanitar yardımı Türkiyəyə yola saldı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.
Təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 240 ədəd çadır daxildir.
Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Tehsil-press.az


Oxşar xəbərlər