Bakıda müəllimlərin maaşından pul tutulacaq? - RƏSMİ AÇIQLAMA

Bakıda müəllimlərin maaşından pul tutulacaq? - RƏSMİ AÇIQLAMA Bakıda bəzi məktəblərdə müəllimlərin maaşından müəyyən məbləğ tutulacağı barədə məlumat yayılıb.
Hazır ərizə forması paylaşılaraq Türkiyədəki zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə müəllimlərin maaşlarından pul toplanacağı iddia olunub.
Mövzu ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik və qurumdan direktorlara belə bir göstərişin verilib-verilməməsini aydınlaşdırdıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, idarədən heç bir məktəb direktoruna müəllimlərdən pul yığılması barədə göstəriş verilməyib. Hər hansı direktor bunu edirsə, şəxsi təşəbbüsü ilə həyata keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər