2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində könüllü olmaq üçün 650-dən çox tələbə-könüllü müraciət edib.
Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçirilən müsabiqədə seçimləri uğurla başa vuran və xüsusi təlimlərdən keçən 110-dan çox “Bir” tələbə-könüllü nəzarətçi, yönləndirmə, sosial izolyasiya qaydalarına riayət kimi işlərdə tədbirə dəstək göstərir.
Qeyd edək ki, “Bir” tələbə-könüllülər hər il müəllimlərin işə qəbulu müsabiqəsinə könüllü dəstəyi verir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.
Xatırladaq ki, 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə iyulun 5-də start verilib. İmtahanlar avqustun 2-dək davam edəcək.
Tehsil-press.az