Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin üzvləri ilə universitetin professor-müəllim heyəti və tələbələrinin görüşü keçirilib.
Tədbir çərçivəsində 21 Fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı Meh Ədəbi Dərnəyinin üzvləri olan tələbələrin hazırladıqları ədəbi kompozisiya nümayiş olunub.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, QAİ İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova görüşün məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb. Prorektor qeyd edib ki, Pedaqoji Universitetdə keçirilən bugünkü görüş geniş ictimaiyyət arasında Qərbi Azərbaycana qayıdışla bağlı ilk ictimai dinləmədir və belə müzakirələr bütün ictimai qurumlarda təşkil olunmalıdır.
QAİ-nin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, ilk ictimai dinləmənin Beynəlxalq Ana Dili Günündə keçirilməsi təsadüfi deyil. Dil məsələsi xalqın milli birliyinin vacib simvollarındandır. Bu gün Qərbi Azərbaycana qayıdış aspektində, bu mühüm vəzifənin icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü vəzifələr kontekstində dilimizin qorunması, Qərbi Azərbaycanda anadilli toponimlərin, dil abidələrinin tədqiqi və təbliği olduqca önəmlidir. Bu ilin yanvarında təsdiq olunan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının məzmunu ötən il dekabrın 24-də Prezident İlham Əliyevin icma üzvləri ilə görüşündə irəli sürdüyü tezislərə əsaslanır. İcmanın konsepsiyasının əsasını öz yaşayış yerlərindən didərgin salınmış azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etmək, eyni zamanda, bölgədə azərbaycanlıların siyasi, hüquqi və fiziki təhlükəsizliyinin təmini üçün etimad edilən beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi və Ermənistan konstitusiyasında Qərbi azərbaycanlıların hüquqlarının təsbiti, kompakt yaşayışın təmini kimi məsələlər təşkil edir.
Milli Məclisin deputatı, QAİ Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Etibar Əliyev və digərləri çıxışlarında vurğulayıblar ki, siyasi aspektdən Azərbaycan tarixində heç vaxt belə bir əlverişli şərait olmayıb. Son 200 ildə Azərbaycan xalqının başına gətirilən faciələrin cavabının tapılması, haqq səsimizin dünyaya çatdırılması və tapdalanan haqqımızın bərpası üçün bu gün əlverişli şərait yaranıb. SSRİ imperiyasının dağılması ilə ermənilərin böyük Ermənistan xülyasının son həddi kimi Qərbi Azərbaycanda və daha sonra Dağlıq Qarabağda baş verən hadisələr təkcə yüzminlərlə soydaşımızın didərgin olması ilə deyil, həmçinin torpaqlarımızın 20 faizinin işğal olunması ilə nəticələndi. Buna görə də əvvəlcə ərazi bütövlüyümüzün bərpası ən vacib vəzifə idi. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin apardıqları yorulmaz mübarizə nəticəsində 2 il öncə Azərbaycan xalqı dünya tarixində görünməmiş bir qələbəyə imza atdı.
Çıxışlarda bildirilib ki, Vətən müharibəsindəki Tarixi Zəfərimiz Qərbi Azərbaycanda ermənilər tərəfindən xalqımıza qarşı törədilən tarixi ədalətsizliyin aradan qaldırılması üçün təşkilatlanmış fəaliyyətə başlamağa imkan verdi. Sözsüz ki, 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi yaradılan QAİ bu günə qədər də böyük işlər görüb, lakin Qarabağ probleminin həlli İcma kimi daha sistemli mübarizə aparmağa və beynəlxalq səviyyədə haqq səsimizi bəyan etməyə əsas yaratdı. Dövlətimizin başçısının xeyir-duası ilə hazırlanan Qayıdış Konsepsiyası BMT və onun ali qurumları tərəfindən BMT-nin gündəliyinə daxil olan sənəd kimi yayımlandı və bu dünya arenasında böyük əks-səda yaratdı.
Sonra təkliflər dinlənilib, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Tehsil-press.az