Amerikalı professor Qərbi Kaspi Universitetində mühazirə oxuyub

Amerikalı professor Qərbi Kaspi Universitetində mühazirə oxuyub ABŞ-ın Prinston Universitetinin professoru Maykl A. Reynolds Qərbi Kaspi Universitetində mühazirə oxuyub.
Professor Qərbdə Azərbaycanın və ümumilikdə Qafqazın öyrənilməsinin çətinliklərindən danışıb. O, mühazirəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı dövrdə beynəlxalq münasibətlər və AXC-nin qurucularının bolşeviklərdən, menşeviklərdən və Türkiyə millətçilərindən ideoloji fərqlilikləri mövzularına toxunub.
Daha sonra professor tələbələrlə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, Qərbi Kaspi Universiteti dünyanın aparıcı universitetlərinin mütəxəssislərini müntəzəm olaraq mühazirə və seminarlar, təlimlər üçün dəvət edir.

Hikmət Əliyev

Oxşar xəbərlər