Qərbi Kaspi Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” mövzusunda respublika elmi konfransı keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəlsəfə və tarix institutları ilə birgə təşkil edilən tədbirdə rektor Andris Leitas dahi siyasətçi kimi bütün dünyada tanınan Heydər Əliyevin xalqımızın tarixi inkişafındakı müstəsna xidmətlərindən danışıb. Rektor Qərbi Kaspi Universitetinin fəaliyyət göstərdiyi illər ərzində mühüm nailiyyətlər əldə etdiyini, savadlı, intellektual, eyni zamanda, tolerant gənc nəslin yetişməsinə töhfələr verdiyini qeyd edib.
Sonra Qərbi Kaspi Universitetinin professorları Fikrət Sadıxov, Vəsilə Hacıyeva, tarix üzrə fəlsəfə doktorları İradə Zərqa, Sona Qurbanova, universitetin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu çıxış ediblər. Məruzələrdə Azərbaycanın dövlətçilik ənənələrindən, ölkəmizin 90-cı illərdə üzləşdiyi böhrandan çıxararaq bugünkü inkişaf səviyyəsinə çatmasında Ulu Öndərin rolundan, eləcə də uğurlu daxili və xarici siyasətindən bəhs olunub.
Daha sonra “Heydər Əliyev: dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.
Konfrans panel iclasları ilə işini davam etdirib.

Kəmalə Rəhimli