Qərbi Azərbaycandan olan soydaşlarımız öz yurd yerlərinə qayıdacaqlar

Qərbi Azərbaycandan olan soydaşlarımız öz yurd yerlərinə qayıdacaqlar Qərbi Azərbaycandan olan soydaşlarımız didərgin düşdükləri doğma torpaqlarına, yurdlarına qayıtmalıdırlar. Bu, çox vacib məsələdir. Beynəlxalq ictimaiyyət Qərbi Azərbaycandan olan azərbaycanlıların hüquqlarının təmin olunmasına öz dəstəyini göstərməlidir.
C.Məmmədli qeyd edib ki, Azərbaycan Prezidenti Vətən müharibəsi dövründə xarici jurnalistlərə verdiyi müsahibələr dünya mediasında Azərbaycanın haqq səsinin eşidilməsinə səbəb oldu. Müsahibələrində Prezidentin yaradıcı və mükəmməl diplomatiyası o qədər güclü oldu ki, ən qərəzli jurnalistlər belə bu diplomatiya qarşısında təslim oldular. Təsadüfi deyildi ki, Rusiyanın aparıcı media qurumlarından birinin – “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş redaktoru, görkəmli jurnalist İqor Korotçenko İlham Əliyevlə apardığı müsahibəni belə bir cümlə ilə bitirdi: “Cənab İlham Əliyev! Siz dünya prezidentləri içərisində ulduz kimi parladınız!”
Prezident İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən tutmuş yeni quruculuq işlərinə qədər hər sahədə tarixə yazılacaq faktlara imza atdı. O, zaman-zaman yaranan problemlərlə bağlı öz fikirlərini müxtəlif formatlı görüşlərdə, xalq içərisindəki söhbətlərində ortaya qoyur və həlli yollarını göstərir. Belə görüşlərdən biri 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü oldu. Bu görüş öz məzmunu və qoyulan problemləri ilə tarixə düşdü. Prezident bildirdi ki, Qərbi Azərbaycandan zorla çıxarılan azərbaycanlılar mütləq öz doğma torpaqlarına, yurd yerlərinə qayıdacaqlar.
“Qərbi Azərbaycan məsələsi çox önəmli məsələdir. Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdıb orada yaşamaları onların hüququdur. Biz həmin soydaşlarımızın doğma yurdlarına qayıtmalarına öz köməyimizi göstərəcəyik”, - deyə C.Məmmədli qeyd edib.
Professor vurğulayıb ki, Vətən müharibəsində qazandığımız Böyük Zəfər başımızı dünyada ucaltdı, bizi fədakar, qəhrəman bir xalq kimi tanıtdı. Dünya gördü ki, bizim yolumuz haqq-ədalət yoludur.

Tehsil-press.az

Oxşar xəbərlər