Keçən əsrin 80-ci illərinin ortalarında SSRİ-də siyasi və iqtisadi böhranın dərinləşməsi bu imperiyanın süqutunu sürətləndirdi. Milli demokratik qüvvələrin fəal iştirakı ilə xalq hərəkatı gücləndi. Azərbaycanda xalq hərəkatı dövlət müstəqilliyimizin bərpa olunması ilə nəticələndi.
Bu fikirləri Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. O bildirib ki, keçən əsrin 80-ci illərinin sonlarında Azərbaycan xalqının azadlıq mübarizəsinin güclənməsinin bir sıra səbəbləri vardı. Bunlardan biri Ermənistan SSR-dən azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiya edilməsi və erməni separatçılarının Qarabağda etnik zəmində münaqişə törətmələri idi. 1988-ci ilin yanvarında Ermənistan SSR rəhbərliyi azərbaycanlıları öz dədə-baba torpaqları olan İrəvandan, Göyçədən, Dərələyəzdən, Şörəyeldən, Ağbabadan, Zəngibasardan, Qərbi Zəngəzurdan zorla çıxarmaq üçün qanlı tədbirlərə başladı. Nəticədə, Qərbi Azərbaycan ərazisində 185 azərbaycanlı kəndi boşaldıldı, 214 nəfər erməni terrorunun qurbanı oldu və 230 min nəfərdən çox insan deportasiyaya məruz qaldığından Azərbaycan SSR-nin ərazisinə pənah gətirdi. SSRİ rəhbərliyi ermənilərin bu vandal əməllərinə nəinki göz yumdu, hətta onlara hər cür maddi və mənəvi dəstək göstərərək Qarabağda və Zəngəzurda separat fəaliyyət göstərmələrinə şərait yaratdı.
Tarixçi alim qeyd edib ki, Sovet İttifaqı rəhbərliyinin ədalətsiz mövqeyi, həmçinin erməni azğınlığına şərait yaratması Azərbaycan xalqının SSRİ-nin tərkibindən çıxmaq üçün azadlıq mübarizəsinə təkan verdi. Şuşanın ətrafında Topxana meşəsinin ermənilər tərəfindən yandırılması xalqımızın səbir kasasını daşdırdı. 1988-ci il noyabrın 17-də Bakıda Azadlıq meydanında yarım milyon nəfərdən çox azərbaycanlı SSRİ rəhbərliyinin ermənilərin vəhşi əməllərini dəstəkləməsinə və Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsinə etiraz etdi. Bu meydanda ilk dəfə bütün SSRİ ərazisində “azadlıq”, “müstəqillik” və “suverenlik” şüarları səslənildi. Məhz bu meydanda ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Bununla da Azərbaycan xalqı müstəqil dövlətçiliyimizin tarixi əsasının olması mesajını bütün dünyaya bəyan etdi. Azərbaycan xalqı öz torpaqlarını erməni vandallarından qorumağın yeganə yolunu müəyyənləşdirdi. Bu yol müstəqil dövlətçiliyimizin bərpa edilməsi yolu idi: “Vətən torpaqlarını yalnız müstəqil olan dövlət qoruya bilərdi. Ulu öndər Heydər Əliyev 1991-ci il martın 7-də Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasındakı çıxışında Azərbaycanın müstəqil dövlətçilyinin bərpa olunmasını əsaslandıraraq “Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam” demişdir. Azərbaycan xalqının tələbi ilə Azərbaycan Ali Soveti 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi. Bununla da Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Konstitusiya Aktında Azərbaycanın müstəqil, unitar və dünyəvi dövlət olduğu, siyasi hakimiyyətin xalqa məxsus olduğu qeyd edilirdi. Beləliklə, Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi”.
Tehsil-press.az