“World in Serbia” layihəsi çərçivəsində təhsil alan ADU tələbələri beynəlxalq sertifikat qazanıblar

“World in Serbia” layihəsi çərçivəsində təhsil alan ADU tələbələri beynəlxalq sertifikat qazanıblar Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər fakültəsinin tələbələri - Taleh Ələkbərli, Aydın Məlikli, Vidadi Quluzadə “World in Serbia” layihəsi çərçivəsində Belqrad Universitetində təhsillərini davam etdirməklə yanaşı, Belqradda “Open World” adlı beynəlxalq gənclər sammitində ölkəmizi layiqincə təmsil etdiklərinə görə sertifikatlarla mükafatlandırılıblar.
ADU-da fəaliyyət göstərən Serb Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri dosent Lalə Məcidova bildirib ki, əsas fəaliyyət istiqamətlərindən biri də təhsilini Serbiyada davam etdirən ADU tələbələri, eləcə də Serbiyanın Azərbaycandakı səfirliyi vasitəsilə bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması imkanlarını araşdırmaqdır.
Qeyd edilib ki, Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında saziş hər iki ölkənin təhsil və elm sahəsindəki əlaqələrinin daha da genişləndirilməsinə xidmət edir, qarşılıqlı tələbə və təcrübə mübadiləsi ildən-ilə daha da zənginləşir.
ADU-nun daha 3 tələbəsi - Ayxan Abbasov, Xavərxanım Dövlətzadə və Nigar Bağırlı “World in Serbia” layihəsi çərçivəsində 2022-2023-cü tədris ilində Belqrad Universitetinin ayırdığı təqaüd proqramı ilə təhsil almaq hüququ qazanıb.

Tehsil-press.az


Oxşar xəbərlər