Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru E.Babayev Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, Mərkəzi Asiyanın lider dövlətinə çevrilən Özbəkistan Azərbaycanın haqq işini həmişə dəstəkləyib. Rektor türkdilli dövlətlər arasında münasibətlərin daha da dərinləşməsində elm-təhsil əlaqələrinin önəmli rola malik olduğunu diqqətə çatdırıb.
Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru E.Şermanov imzalanan müqavilənin elm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini vurğulayıb.
Müqavilədə BDU ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında inzibati kadrlar, tələbə, magistrant, doktorant və tədqiqatçıların, informasiya və nəşrlərin mübadiləsi, ortaq tədqiqatlar, tədris fəaliyyəti, təlimlərin təşkili əksini tapıb.
Tehsil-press.az