Daşkənddə keçirilən Türkiyə-Özbəkistan danışıqları nəticəsində iki ölkə arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daşkənddə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə birgə mətbuat konfransı zamanı deyib.
R.T.Ərdoğan bildirib ki, Daşkəndə səfər zamanı Türkiyə və Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 10 müqaviləsi imzalanıb.
Türkiyə Prezidenti qeyd edib ki, tərəflərin imzaladığı sənədlər iki ölkənin məqsədlərinə doğru hərəkətini sürətləndirməyə imkan verəcək.
Onun sözlərinə görə, ötən ilin yekunları üzrə Türkiyə ilə Özbəkistan arasında ikitərəfli ticarətin həcmi 72% artaraq 3,6 milyard dolları keçib. Tərəflər bu göstəricini ilk mərhələdə 5 milyard, daha sonra isə 10 milyard dollara çatdırmağı hədəfləyir.
Tehsil-press.az