Çelyabinsk Dövlət İncəsənət İnstitutunun müəllim və tələbələrdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olub.
Universitetin rektoru, Əməkdar İncəsənət Xadimi, professor Fərəh Əliyeva ilə görüşdə hər iki ali məktəbin fəaliyyəti barədə məlumat verilib, əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra ADMİU ilə Çelyabinsk Dövlət İncəsənət İnstitutu arasında bu təhsil ocaqlarının əsas fəaliyyət istiqamətləri üzrə beynəlxalq əməkdaşlığın inkişafı və genişlənməsi, mədəniyyət və incəsənət sahəsində mütəxəssislərin hazırlıq keyfiyyətinin yüksəlməsi məqsədi ilə təhsil və elm sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

ADMİU-nun Mətbuat Xidməti