Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun “Fəxri professoru” seçilib.
ADMİU-nun rektoru və nümayəndə heyətinin Özbəkistan səfəri çərçivəsində baş tutub. Təltifi Ceyran Mahmudovaya Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru A.Mirzorəhimov təqdim edib. O bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti dünya mədəniyyəti və incəsənəti ilə yanaşı, Azərbaycan və Özbəkistanın da daxil olduğu ümumtürk mədəniyyətinin, şərq incəsənətinin öyrənilməsində çox mühüm işlər görür. Təbii ki, bu işlərin başında uzun illər ərzində mədəniyyətin inkişafında yüksək xidmətləri olan professor Ceyran Mahmudova dayanır. A.Mirzorəhimov rəhbəri olduğu instituta və onun müəllim-tələbə heyətinə Ceyran Mahmudovanın diqqətindən razılığını bildirərək təşəkkür edib, hər iki ali təhsil ocağı arasında əlaqələrin yüksələn xətlə davam edəcəyinə əminliyini vurğulayıb.
Yüksək təltifə görə A.Mirzorəhimova təşəkkürünü bildirən C.Mahmudova da öz növbəsində, ADMİU ilə institut arasında əlaqələrin inkişafı istiqamətində əlindən gələni edəcəyini bildirib.
Tehsil-press.az