Çin Rusiyaya Kamikaze dronları verə bilər

Çin Rusiyaya Kamikaze dronları verə bilər Pekin Moskva ilə aprel ayında çatdırıla bilən 100 zərbə dronunun alınması ilə bağlı danışıqlar aparır.
Spiegel-in əldə etdiyi məlumata görə, Rusiya hərbçiləri Çinin pilotsuz təyyarə istehsalçısı Xi ' an Bingo Intelligent Aviation Technology ilə danışıqlar aparır. Bildirilir ki, şirkət 100 prototip ZT-180 dronunun istehsalına razılıq verib.
Əgər bu anlaşma baş tutarsa, onda ABŞ tərəfindən Çinə qarşı yeni sanksiyaların tətbiq ediləcəyi gözlənilir.
Xatırladaq ki. dünən Çinin BMT Baş Assambleyasındakı nümayəndəsi bildirib ki, silah tədarükü Ukraynada sülhə gətirib çıxarmayacaq. Amma göründüyü kimi Çin Rusiyaya silah verərək onu dəstəkləməklə müharibəni daha da alovlandırmaq yolu seçib.

Tehsil-press.az

Oxşar xəbərlər