Alzheimer Xəstəliyi nədir?
Gəlin əvvəlcə bu xəstəlik haqqında qısa məlumat alaq. Bu xəstəlik zamanı getdikcə insanın zehni funksiyaları itir. Normal zehni inkişafdan sonra getdikcə funksiyaların itirilməsi halı belə xəstəliyin əlamətidir. Alzheimer xəstəliyi demensiyaya səbəb olan xəstəliklər arasında ən çox görülən xəstəlikdir. Bu xəstəlik yeni bir xəstəlik olmasa da, ancaq xəstələrin sayı getdikcə artır. Xəstəliklə əlaqəli ən vacib risk faktoru yaşdır və yaşlanma isə qaçılmazdır. Çində yaddaş klinikasının nevroloqları 19 yaşlı gəncə Alzheimer diaqnozu qoyublar. Sözügedən gənc 17 yaşında yaddaş itkisi yaşamağa başlayıb və zaman keçdikcə koqnitiv çatışmazlıqlar artıb.
Xəstənin beyninin görüntüləri yaddaşda iştirak edən “hipokampus”da daralma aşkar edib. Digər tərəfdən, onurğa beyni mayesindən götürülən nümunə də xəstəliyə işarədir. Bununla belə, yeniyetmənin ailəsində Alzheimer xəstəliyinin olmadığı açıqlanıb. Çində bu yeni diaqnozdan əvvəl ən gənc Alzheimer xəstəsinin 21 yaşında olduğu məlumatı yayılmışdımışdı. Deməli alimlərə məlum olmayan hansısa səbəblərə görə xəstəlik günü-gündən cavanlaşır.
Tehsil-press.az