Xalq artistinin hədəsi işə yaradı: əməkdar artist cəzalandı

Xalq artistinin hədəsi işə yaradı: əməkdar artist cəzalandı Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.

Bu barədə teatrın Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunmaqla yanaşı, töhmət də alıb.

Buna səbəb kimi Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.

“Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün xalq artisti Əli Nur əməkdar artist Füzuli Hüseynovun cəzalandırılmamasından əsəbiləşərək, hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlamışdı.

Tehsil-press.az

Oxşar xəbərlər